18 noyabr 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
18 noyabr 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan TİA.AZ-a verilən məlumata görə, iclasda rəqəmli yayıma keçidlə bağlı vəziyyət müzakirə olunub. Əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılması məqsədəmüvafiq hesab edilib və Milli Televiziya və Radio Şurasının 27 sentyabr 10 saylı qərarında dəyişiklik edilib. Edilmiş dəyişiliyə əsasən regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilib.
Qərara əsasən analoq yayımın I mərhələdə – 01 dekabr 2016-cı il tarixdən Şamaxı Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, II mərhələdə – 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə – 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.