Qaradağ rayon İcra Hakimiyyəti vətəndaşla yaşadığı torpaq mübahisəsinə görə məhkəməlik olub.
Tribunainfo.az xəbər verir ki, Qaradağ İH-lə bağlı iddianı Nəcəfova Leyla Əli qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
Qaradağ İH-lə bağlı işə 6 mart tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elvin Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.
Yazıda adı çəkilən bütün tərəfləri dinləməyə hazırıq.
Gülşən