Qaradağ rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı rayon sakini Vəliyev Elşən Nazim oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. İddiaçı icra hakimiyyəti ilə torpaq münasibətləri üzrə mübahisə yaşayır.
İcra hakimiyyəti ilə bağlı işə 7 noyabr tarixində Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Emin Abdullayevin icraatındadır.
Xatırladaq ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən Qaradağ rayonuna icra başçısı təyin olunub. S.Mikayılov 2003-cü ildən Boks Federasiyasının vitse prezidentidir.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən