Rayon sakini Naftalan İH-i məhkəməyə verdi

Rayon sakini Naftalan İH-i məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naftalan şəhər İcra Hakimiyyəti ilə torpaq üstündə mübahisə yaşayan sakin icra hakimiyyətini məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, Naftalan İH-lə bağlı iddianı rayon sakini Baxşəliyeva İntizar Məmməd qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdir. Tərəflər torpaq münasibətləri üzrə mübahisə yaşayır.

İcra hakimiyyəti ilə bağlı işə 7 fevral tarixində Gəncə İnzibati Məhkəməsində baxılacaq. Iş hakim Rühiyə Tağıyevanın icraatındadır.

Qeyd edək ki, rayon sakini tərəfindən məhkəməyə verilən naftalan icra hakimiyyətinin başçısı Vüqar Novruzov Vahid oğludur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən