İspaniya hökuməti Kataloniya hakimiyyət orqanlarının birtərəfli qaydada elan etdikləri müstəqilliyin həyata keçməsinə yol verməyəcək.
İspaniya hökuməti Kataloniya hakimiyyət orqanlarının birtərəfli qaydada elan etdikləri müstəqilliyin həyata keçməsinə yol verməyəcək.
Bunu İspaniyanın Baş naziri Mariano Raxoy El Pais qəzetinə müsahibəsində deyib. O əlavə edib ki, İspaniya hələ uzun müddət İspaniya olaraq qalacaq. Kataloniyanın hakimiyyət dairələri “qanuni məcraya” qayıtmayınca, Mariano Raxoy hökuməti onlarla istənilən danışıqları aparmaqdan imtina edir.
Kataloniya parlamentinin oktyabrın 10-na nəzərdə tutulan iclasında hökumətin sədri Karles Puçdemon referendumun nəticələri barədə məlumat verəcək. Parlamentin iclasında müstəqillik barədə bəyannamənin qəbul olunması istisna edilmir.