Rauf Vəliyevin rəhbərlik etdiyi quruma yazılan protokola baxılırbackend

Rauf Vəliyevin rəhbərlik etdiyi quruma yazılan protokola baxılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rauf Vəliyevin rəhbərlik etdiyi qurumun qaydaları pozduğuna yazılan protokola baxılır

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə yazılan inzibati protokola baxılacaq tarix məlum olub.

Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə avqustun 29-də baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: QSC-nin İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevdir.