“Moskva göz yaşlarına inanmır, biz də ona – bu nə müttəfiqlikdir?
Bizim sübutlarla axtarışa verdiyimiz Xocalı soyqırımını törədənlər, ona rəhbərlik edənlər – sərkisyanlar, köçəryanlar, tanoyanlar, balayanlar qalıb qıraqda, əllərini qollarını sallaya sallaya Moskvaya gedib – gəlirlər. Amma heç bir hərbi əməliyyatda iştirak etməyən günahsız bir soydaşımız saxlanıb və Ermənistana təhvil verilə bilər…”
Tribunainfo.az yazır ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib. O, Kamil Zeynallının saxlanmasına reaksiya verib: “Belə çıxır ki, Ermənistan istənilən bir məşhur azərbaycanlının adını Rusiyaya verə bilər ki, tutun, saxlayın, bizə təhvil verin? Xocalı soyqırımı ildönümünə günlər qala qatil ermənilər deyil, Kamil Zeynallı həbs olunur. Rusiya Köçəryanı, Sərkisyanı, Tonoyanı və digər müharibə canilərini saxlayıb, bizə verməlidir. Bu nə hüquq, bu nə qonşuluq, bu nə müttəfiqlik?
Əminik ki, Azərbaycan dövləti Kamili qoruyacaq. Lakin baş verən presedent heç xoşagələn olmadı. Moskva göz yaşlarına, biz də Moskvaya inanmırıq.