“35 ildən sonra Şuşaya, İsa Bulağına getdik. Eyni adamlar və eyni məkan. Sadəcə insanlar qocalıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor bildirib ki, 1986-cı ildə ailəsi ilə birlikdə Şuşada istirahətdə olub:
“Bir neçə gün qaldıq, həmin fotonu da orda çəkdirdik. İndi 35 ildən sonra yenidən ailəliklə İsa Bulağında olduq. Mənə iki dəfə dəvət gəlmişdi, amma səhhətimlə əlaqədar gedə bilmədim. İmkanm olmadı getməyə. Dedim, uşaqlarım yanımda olsa, mənə dəstək olarlar, razı oldular. Getdik. İllər gedib, o vaxt uşaqlar balaca idi, indi oğlumun saçı ağarıb”.
Rasim Balayev deyir ki, Allah nəsib etsə, yenə həmin yerlərə gedər.
Aktyor pandemiya ilə əlaqədar evdə olduğunu da vurğulayıb:
“Hara gedim, iş yox, güc yox”.