“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı – Azərbaycanda

“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.