“Range Rover”lə təhlükəli manevrlər edən sürücü SAXLANILDI – FOTO/VİDEO

“Range Rover”lə təhlükəli manevrlər edən sürücü SAXLANILDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.

Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib.

Araşdırma aparılır.