Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və onun təhlükəsizlik idarəsinin rəisi Adam Kadırov regional Daxili İşlər Nazirliyinin kuratoru təyin edilib.
Tribunainfo.az bildirir ki, bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.
“Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun tapşırığına əsasən, Adam Ramzanoviç Kadırov Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə kuratoru təyin edilib”,- məlumatda qeyd olunur.
Bundan əvvəl 17 yaşlı Adam Kadırov da Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti və Şeyx Mənsur batalyonunun kuratoru təyin edilmişdi.