Ramiz Novruzun oğlu: “Mənimlə işiniz olmasın”backend

Ramiz Novruzun oğlu: “Mənimlə işiniz olmasın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz bir neçə gün əvvəl verdiyi açıqlama ilə bağlı paylaşım edib. O, dediklərinin səhv anlaşıldığını bildirib.
Aktyor Cavidan Novruz paylaşımında qeyd edib ki, atasının 40 mərasiminə qədər səhnədən uzaq olacağını deyib, lakin sosial şəbəkələrdə bu, ümumiyyətlə, səhnəyə çıxmayacağı kimi qeyd edilib.

“Mən demişəm ki, atamın 40 mərasiminə qədər efirlərdir, səhnədir, musiqidir – bu işləri dayandırıram, səhnəyə çıxmayacağam. Mən bu şəkildə demişəm. Amma yazırlar ki, Cavidan Novruz deyir ki, daha səhnəyə çıxmayacağam. Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz? Bunu bu günlərdə niyə edirsiniz ki?
Çox xahiş edirəm, mənimlə işiniz olmasın. İmkan verin, çəkilim bir kənara, dərdimi çəkim, özümü toparlayım, çox xahiş edirəm”.