Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib (FOTO)

Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını kimin müdafiə etdiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumatlara əsasən, Mehdiyevin müdafiəsini Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev həyata keçirir.

Məlumata görə, Zaur Abıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edəcək.

Gununsesi.info vəkilin özündən Mehdiyevin mövqeyi ilə bağlı açıqlama almağa çalışsa da, Zaur Abıyev “Ramiz Mehdiyev ittihamları qəbul edirmi?” sualına cavab verməkdən yayınıb.

Saytın apardığı əlavə araşdırma zamanı isə məlum olub ki, sabiq PA rəhbəri müstəqil şəkildə vəkil tutmaqdan imtina edib və dövlətin təyin etdiyi müdafiəçi ilə kifayətlənib.

Xatırladaq ki, Ramiz Mehdiyev DTX-nin Baş İstintaq İdarəsində barəsində başlanmış cinayət işi çərçivəsində bir sıra ağır ittihamlarla üz-üzə qalıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.