“Ramiz Mehdiyevlə əlaqəli 49 nəfərin siyahısında 42 ad deputatlara aiddirsə, Milli Məclis tezliklə buraxılacaq. Bunu hesablamaq asandır”.
Tribunainfo.az xəbər verir ki, bu açıqlama ilə REAL Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov çıxış edib.
O, Mehdiyevin siyahısında 42 deputatın adının olduğunu iddia edib:
“Parlamentin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir. Hazırda 124 deputat var. Onlardan 42 nəfəri həmin siyahıdadırsa, demək üzvlükdən kənarlaşdırılacaqlar, cəmi 82 deputat qalacaq və yetərsay heç cür alınmayacaq. Milli Məclis öz işini yetərsaysız yerinə yetirə bilmədiyi üçün buraxılacaq.
Amma siyahıdakıların hətta 30 nəfəri deputatdırsa, Milli Məclisin buraxılması üçün əsasın yaranması mümkündür. Çünki parlament özünün bəzi qərarlarını azı 95 səslə qəbul etməlidir. Belə bir çoxluq tələb edən qərar layihəsi ortaya çıxarsa və Məclisdə azı 95 səlahiyyətli deputat tapılmazsa (124-30=94), onda parlament yenə də öz vəzifəsini yerinə yetirə bilmədiyi üçün buraxılacaq.
Qalır açıqlanacaq o siyahıda deputatların sayını bilmək. Say 29-u ötməyəcəksə, onda ancaq bəzi dairələrdə yaxın aylarda əlavə seçki gözləməliyik”.










