Barəsində 4 aylıq ev dustaqlığı tədbiri seçilən uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. R.Mehdiyevin ev dustaqlığı və ona qarşı irəli sürülmüş olduqca ciddi ittihamlar onun vaxtilə layiq görüldüyü medal və ordenlərin aqibətini də sual altına qoyub. Maraqlıdır, bu ittihamlara əsasən Mehdiyevin medal və ordenləri əlindən alına bilərmi?
Tribunainfo.az xəbər verir ki, Azərbaycanda orden və medalların şəxsin əlindən alınması (geri alınması və ya ləğv edilməsi) hüquqi əsasla və adətən Prezidentin sərəncamı ilə həyata keçirilir.
Praktiki olaraq adətən aşağıdakılar səbəblər olduqca şəxsə verilən medal və ordenlər əlinə alına bilər:
-ağır cinayət törətmək və ya məhkum olmaq (xüsusən dövlətə, mənafeyə və ya ictimai əxlaqa zidd əməllər).
-vətənə xəyanət, casusluq, terrorçuluq və s. kimi ciddi əməllər.
-mükafata yaraşmayan, onu gözdən salan və ya nüfuzunu pozan davranışlar (korrupsiya, böyük rüşvət, ictimai əxlaqla zidd hərəkətlər və s.).
Təltifin ləğvi və ya geri alınması adətən Prezidentin sərəncamı ilə olur. Belə sərəncama əsasən şəxsin mükafatı rəsmi qaydada ləğv edilir, qeydiyyatdan çıxarılır və bəzən insiqniya (orden/medal) geri tələb olunur. Prezidentin sərəncam və qanunvericilikdə orden/medallarla bağlı sənədlər və nümunə sərəncamlar bunun mexanizmini göstərir.
R.Mehdiyevə qarşı irəli sürülən ittihamların ağırlığı nəzərə alınaraq, bir çoxları hesab edir ki, onun da layiq görüldüyü medal və ordenlər əlindən alına, ləğv edilə bilər.
Gülşən Rəsul