backend

Ramiz Mehdiyevdən yeni kitab – “Faktlardan qaçmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb.

TİA.AZ Azərtac-a istinadən xəbər verir ki, “Yeni dünya nizamı və milli ideya” adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.

Agentlik yazır ki, akademik təkzibolunmaz dəlil- sübutlara əsaslanaraq hələ 14 il əvvəl belə bir məntiqi nəticəyə gəlmişdi: “Faktlardan qaçmaq olmaz. Onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və tarixinin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir”.

Kitabda neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir.