Hazırda ev dustaqlığında olan Ramiz Mehdiyev dəhşətli dərəcədə hiyləgər (bic) adam olub. Prezident Administrasiyasının rəhbəri və AMEA-nın prezideti olduğu dövrlərdə üzdə olan alimləri, yüksək vəzifə tutan şəxsləri əməlli-başlı işə salıb.

Tribuna-nın məlumatına görə, bu barədə sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib.
O qeyd edib: “İndilərdə paylaşılan videolardan görürük ki, 80 illik yubileyində Mehdiyevin danışdırdığı adamlar (məsələn, Ziyafət Əsgərov, Şahin Əliyev və başqaları) ekran qarşısında özlərini yığışdırıb elə sözlər üyüdürlər ki, sanki Mehdiyevdən başqa dövlət xadimi və alim olmayıb.
“Biblioqrafiya”sına xoş sözlər yazmaq üçün Musa Qasımlıdan tutmuş Abel Məhərrəmova qədər 10-larla alimi səfərbər edib. İndi adamların yuxusuna haram qatıb.
Əsl Leviafan budur…
Bu adamlarda iradə olmadığına görə bir himə bənd imişlər.
Saxta xarizması ilə üzdə olan əksər adamları (xüsusilə deputatları)ovsunlaya bilmək xüsusi “istedad”dır”.
Gülçən Rəsul










