Ramin Hacılıya bu maddə ilə bəraət verildi – Cəzası azaldıldı

Ramin Hacılıya bu maddə ilə bəraət verildi – Cəzası azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda təqsirli bilinərək 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Ramin Hacılı ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

R. Hacılının vəkili Rəşad Əliyev “Qafqazinfo”ya bildirib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə bəraət verilib, cəzası 6 ay azaldılıb. Bu qərarla onun 5 il 2 ay çəkilməmiş həbs müddəti qalıb.

Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilib, 2019-cu ildə azadlığa buraxılıb. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və 34, 312-ci (rüşvətə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədridir.