Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı  (Məhkəmə)backend

Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı (Məhkəmə)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının rüşvət verməyə təhriketmə ittihamı üzrə şahid qismində tanınmış şəxslərin zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatətinə baxılıb.
Vəsatət təmin edilməyib.

Prosesdə çıxış edən Ramin Hacılı ona qarşı elan olunmuş bəzi ittihamların bir neçəsinin xaric edilməsini, əvvəllər onunla çalışmış bir neçə şəxsin şahid qismində dindirilməsini, onun əməlindən residiv olmaması barədə qərar qəbul edilməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə isə bu vəsatətlərə müşavirə otağında qiymət verəcəyini bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, Ramin Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək, qanunsuz miqrasiyanın təşkilində ittiham olunaraq istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, R.Hacılının işi ayrıca icraata verilib.