Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.

TİA.AZ  ONA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.