“Azərbaycan xalqı bilsin ki, onun təhlükəsizliyinə heç bir təhdid yaranmayacaq. “Azərbaycan xalqı bilsin ki, onun təhlükəsizliyinə heç bir təhdid yaranmayacaq.
Azərbaycan Prezidentinin siyasi iradəsindən və qətiyyətindən güc alaraq bildiririk ki, heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, respublikamızı 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyil”.
Bunu daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Nazir vurğulayıb ki, buna cəhd edənlər həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər: “Bütün vətəndaşlarımız əmin olsun ki, vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, əhalinin və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək. Bütün şəxsi heyətimiz öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza yüksək sədaqət nümunəsi göstərir və bunu fəaliyyətinin əsas prioriteti sayır”.