Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.
Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.
TIA.AZ Report-a istinadən xəbər verir ki, sənədə əsasən, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.