Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev çıxış etdiyi “Buriram Yunayted” klubunda fərqlənib.
Tribunainfo.az xəbər verir ki, o, Tayland çempionatının II turunda “Lampun Uorrior”la görüşdə ilk qolunu vurub.
Forvard matçın 6-cı dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.