Ramil Həsənin deputat fəaliyyətinə bu tarixdə xitam veriləcək

Ramil Həsənin deputat fəaliyyətinə bu tarixdə xitam veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

İclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib. Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah – oktyabrın 15-dən etibarən başlayacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub