Qidalanma və Pəhriz Mütəxəssisi Ayca Yılmaz Kaya Ramazan ayında yemək vərdişlərini dəyişdikdən sonra köhnə iş rejiminə qayıdarkən nəzərə alınmalı olanları açıqlayıb. Bu prosesdə 3 əsas yemək və 3 qəlyanaltıdan ibarət pəhriz izlənilməsi lazım olduğunu bildirən Kaya immuniteti gücləndirmək üçün istehlak edilməsi lazım olan qidaları da sadalayıb.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Ramazan ayında məhdud qida istehlakından sonra yeməklərin sayının artdığına diqqət çəkən Kaya, “Ramazan ayında dəyişən yemək vərdişləri Ramazan bayramı ilə birlikdə əvvəlki vəziyyətinə qayıtmağa başlayır. Yeməklər artır və müxtəlif pəhrizə başlanılır. Bu keçid dövründə həddindən artıq və yağlı qidalanmadan qaçmalıyıq”.
Xüsusilə mədə problemlərindən qaçmaq üçün bədənimizi yavaş-yavaş alışdırmalıyıq. Günün ən əhəmiyyətli yeməyi olan səhər yeməyi üçün, Bir aydır can atdığımız kuymak, kartof qızartması kimi yağlı və kalorili qidalara deyil, süd, pendir, zeytun, qaynadılmış yumurta və bol tərəvəzə üstünlük verilməlidir.
Ramazan ayında adekvat və balanslı qidalanma izlənilmədiyi üçün əzələ itkisi və ya maddələr mübadiləsinin zəifləməsi baş verə bilər. Bunu düzəltmək üçün sağlam qidalanma proqramına əlavə olaraq fiziki fəaliyyətə və müntəzəm gəzintiyə diqqət yetirilməlidir.
Dəniz Pənahova