“Rakuv”la oyundan öncə “Qarabağ”da şok itki

“Rakuv”la oyundan öncə “Qarabağ”da şok itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun futbolçusu Marko Veşoviç zədələnib.

32 yaşlı müdafiəçi ötən gün Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə alıb. Bugünkü müayinənin ilkin nəticəsinə əsasən, Marko ən az 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Veşoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakov”u ilə hər iki görüşü buraxacaq.

Qeyd edək ki, “Qarabağ”la “Rakov” arasında ilk oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.(qol.az)