“Rahatlığın Məkanı-Gold” MTK şikayət əsasında cərimələndibackend

“Rahatlığın Məkanı-Gold” MTK şikayət əsasında cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narazılıq və narahatlıq yaratmaqda davam edən “Rahatlığın Məkanı-Gold” MTK zərərçəkmiş sakinlərin şikayəti əsasında cərimələnib.

Tribunainfo.az xəbər verir ki, “Gold”MTK ilə bağlı zərərçəkən Cəbrayılova Sevil Bəşir qızı ilə məhkəmədə iddia qaldırıb. İddia əsasında MTK ilə bağlı icraat başladılıb. Məlum olub ki, MTK İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 528.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
MTK ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bu gün hakim Fərid Əyyubovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, sözügedən MTK ilə bağlı bu ilk şikayət deyil. Şikayət əsasında tikinti şirkəti dəfələrlə cərimələnib. Mətbuatda şirkətin rəhbərinin “Hacı” adlı şəxs olduğu barədə yazılır.

Tərəfləri dinləməyə hazırıq.