Çay qədimdən indiyə kimi müxtəlif mədəniyyətlərdə sağlamlıq üçün istifadə olunan içki növüdür.
Çay günü daha enerjili keçirmək üçün qəhvənin yerini tutan içki olaraq qəbul edilir. Elə yuxu gətirən bitki çayları da bu xüsusiyyətləri ilə populyarlaşmağa başlayıb. Qara çay və bitki çaylarının sağlamlıq üçün faydaları saysızdır.
Bəzi çay növləri səhər yuxusundan sizi oyandırıb qəhvənin yerini aldığı kimi, bəziləri isə daha yaxşı gecə yuxusu almağınıza kömək edə bilər. Təbii olaraq sakitləşdirici təsirləri olan bu gecə çayları, yuxu pozğunluqlarını yüngülləşdirməyə və daha yaxşı yuxu ilə təmin etməyə kömək edir.
Yuxuya getməyinizə kömək edəcək ən yaxşı çaylardan ibarət siyahını təqdim edirik:
Yatmazdan əvvəl bir fincan isti sakitləşdirici çay içmək daha tez yuxuya getməyinizə kömək edə bilər. Çünki çaydakı maddələr bədəninizin rahatlamasına və yuxuya hazırlanmasına təşviq edən sinir sistemində kimyəvi reaksiyaları oyandırar. Bir çox bitki çayı və bəzi kafeinsiz əsl çaylar yuxunuzun gəlməsini artıran və yuxu problemlərini həll edən əlavə kimyəvi birləşmələr ehtiva edir.
Çobanyastığı çayı
Çobanyastığı çayı ən yaxşı yuxu çayıdır və yatmazdan əvvəl içiləsi çaylar siyahısının başında yer alır. Çobanyastığı çayı sakitləşdirici xüsusiyyətləri ilə yatmazdan əvvəl istifadə edilməli olan mükəmməl bir içkidir. Bu çay narahatlığı, yuxusuzluğu müalicə etmək və stresi azaltmaq üçün ənənəvi tibbdə əsrlərdir istifadə edilir. Çobanyastığı bitkisinin çiçəklərindən hazırlanan bitki çayı mükəmməl dad və qoxuya sahibdir. Çobanyastığı çayı əzələlər və sinirlər üzərindəki gərginliyi azaltmaq üçün yüngül sakitləşdirici təsir göstərir. Bu proses gərginliyi aradan qaldırmağa və rahatlamaya kömək edir.
Nanə çayı
Yatmazdan əvvəl bir fincan nanə çayı içmək, xüsusilə mədədə narahatlıq varsa, daha yaxşı yuxu yatmağınıza kömək edə bilər. Antistress çayı olaraq da bilinən bu çay əzələləri rahatladan və sakitlik gətirən xüsusiyyətlərə malikdir. Nanə çayı digər bir çox bitki çayı kimi kafeinsizdir, buna görə də yatmazdan əvvəl bir fincan içmək yuxusuzluğu artırmaz. Yatmadan əvvəl sakitlik hissi yaratmağa kömək edər. Nanə həmçinin həzmsizlik və ya digər həzm problemi olanlarda qazı və şişkinliyi yüngülləşdirərək rahat yuxuya səbəb olur. Nanə çayı eyni zamanda hamilə qadınlarda səhər bulantısını yüngülləşdirməyə kömək edir. Araşdırmalara görə, nanə yağının hamilə qadınlarda bulantı yaranma riskini azaltdığı aşkar edilib.
Lavanta çayı
Lavanta çayı moruq rəngli və nanəli bir qoxu yayır. Lavanta çayı şirin, yumşaq və yüngül dada malikdir. Bu qoxu yatmazdan əvvəl sakitləşdirici funksiyaya malik olur. Lavanta vanna duzlarından aromaterapiyaya qədər hər şeydə istifadə olunur, sakitlik və rahatlıq hissləri yaratmağa kömək edir. Bu çay yorucu bir gündən sonra dincəlmək və daha rahat bir yuxuya hazırlanmaq üçün mükəmməldir. Araşdırmaçılar həmçinin lavantanın qadınlarda kişilərdən daha güclü təsir göstərdiyini müəyyən ediblər.
Pişikotu çayı
Pişikotu çayının sakitləşdirici gücünü qorumaq üçün qaynar su ilə deyil, isti su ilə dəmlənməlidir. Pişikotu çayı daha yaxşı yuxuya sahib olmaq üçün güclü potensiala malikdir. Pişikotu çayı adətən yuxuya səbəb olan melatonin hormonuna alternativ olaraq tövsiyə olunur. Bu çayın asılılıq yaratma xüsusiyyətlərinin ola biləcəyini bilmək vacibdir, buna görə onu digər yuxu çayları ilə növbəli şəkildə istifadə etmək yaxşı olar. Bəzi dərmanlarla da qarşılıqlı təsir göstərə bilər, ona görə də istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Qeyd: Yuxu pozğunluqları və ya həzm problemləri səbəbindən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bitki çayları daha tez yuxuya getməyinizə və yuxu keyfiyyətinizi artırmanıza kömək edə bilər. Sadaladığımız yuxu çayları müxtəlif dad və qoxulara malikdir. Buna görə də onları sınayıb zövqünüzə ən uyğun olanını seçə bilərsiniz.
pravda.az