“Rahat” supermarketlərin daxil olduğu şirkət cərimələnə bilər

“Rahat” supermarketlərin daxil olduğu şirkət cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rahat” supermarketlərin daxil olduğu “ANC group” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Bərdə Rayon Məhkəməsinin hakimi Qamət Əbilovun sədrliyi ilə araşdırılacaq.