Rahat marketlər şəbəkəsi istehsal tarixi keçmiş məhsullar satır. Tribunainfo.az yazır ki, belə bir iddia ilə İlkin adlı vətəndaş çıxış edib. O bildirib ki, marketin Buzovnada yerləşən filialından aldığı məhsul köhnə olun:
“14.12.2023-cü il tarixində Rahat marketin Buzovna şəbəkəsindən alış-veriş etdim. Məhsulların içərisində qaymaqlı şor da almışdım. Evə gələndə artıq məhsulun son istifadə tarixinin 15.12.2023-cü ildə bitəcəyini gördüm.
Rahat market məhsulların son istifadə tarixinə nəzarət etmir. Vaxtı keçmiş məhsulları satışdan kənarlaşdırmır.
Məhsul alarkən diqqətli olmağınızı tövsiyə edirəm, eləcə də Rahat market filialından alış-veriş edərkən. Yaxud heç etməməyinizi tövsiyə edirəm”.