Rafael Mehrəliyevin idarəsi tender ala bilmədibackend

Rafael Mehrəliyevin idarəsi tender ala bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTB) Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə satınalmalar portalında məlumat yerləşdirilib.
Bildirilir ki, sözügedən idarə 3-ü “VAN” tipli yük, digər ikisi isə sedan tipli olmaqla, 5 avtomobil almaq üçün tender elan edibmiş. Bunun üçün 454.870 manat pul xərcləməyi nəzərdə tutan İdarənin arzusunu isə Anti-İnhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti reallaşdırmağa imkan verməyib. Rəsmi açıqlamada qeyd edilir ki, AİİBNX bununla bağlı 01.10.2024-cü il tarixli AİBNDX/SQ-9735/2024 saylı qərar qəbul edib.
Xatırladaq ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTB) rəhbəri adı bir sıra qalmaqallara qarışmış Rafael Mehrəliyevdir. Departamentin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi isə Hüseynov Mübariz Həsən oğludur. Onun Rafael Mehrəliyevin ən yaxın adamıl olduğu və bir sıra işlərdə əsas yardımçısı olduğu deyilir.