Rafael Hüseynov və Fəzail İbrahimlinin dairəsi bəlli oldu

Rafael Hüseynov və Fəzail İbrahimlinin dairəsi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətəndaş Həmrəyliyi Partiyası daha dörd dairə üzrə namizədlərini dəqiqləşdirib.
Bu barədə Bakupost.az -a VHP-nin Mərkəzi Seçki Qərargahından bildiriblər.
Qeyd olunub ki, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən millət vəkili, VHP Ali Məclisini üzvü Rafael Hüseynov, 70 saylı Neftçala seçki dairəsindən VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli və 75 saylı Yardımlı-Masallı seçki dairəsindən VHP sədrinin müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin sənədləri müvafiq seçki dairələrinə təqdim edilib.
Bununla da partiyanın namizədlərinin sayı 65-ə çatıb.