Rafael Fiziyev: “Geyci kimi əfsanə ilə döyüşmək mənim üçün dəlilikdir”backend

Rafael Fiziyev: “Geyci kimi əfsanə ilə döyüşmək mənim üçün dəlilikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Geyci kimi əfsanə ilə döyüşmək mənim üçün dəlilikdir. Hələ də inana bilmirəm”.

Bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş barədə danışarkən deyib.

30 yaşlı idmançı həyəcanlı olduğunu bildirib: “Qəfəsə girəndə, onu qarşımda görəndə hansı hissləri keçirəcəyimi bilmirəm. Geycini çoxdan izləyirəm. Əvvəl döyüşlərinə baxırdım, indi isə ona qarşı mübarizə aparacağam. Əla hisslərdir”.

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək.