“Rabitəbank” müştərilərindən buna görə pul tələb edir…backend

“Rabitəbank” müştərilərindən buna görə pul tələb edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitəbank” öz kartında yaranmış problemi araşdırmaq üçün müştəridən pul tələb edir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə sözügedən bankın müştərisi Rəşad Cəbiyev üzləşib. O bildirib ki, “Rabitəbank”a məxsus kartından pul silinib və bank bunu araşdırmaq istəmir:

““Rabitəbank” debit kart hesabımdan 98.99 dollar və 31,29 qəpik komissiya çıxılıb hansısa apple.com saytına. Mən və ailə üzvlərim heç kimdə heç vaxt apple telefonu olmayıb. Banka gedib şikayət etdim. Əlbəttə, onlar dedilər bəlkə kiməsə vermisiz və s. Amma şikayət etdim və və mənlə heç əlaqəsi olmadığını bildirdim . Heç bir təhlükəsizlik kodu istəmədən , 100 manatı keçdiyi üçün kod tələb etmədən hardansa İrlandiyadan qeydiyyatdan keçən nəsə apple. com nədirsə pulun dalına keçdilər. Hələ üstəlik “Rabitəbank” məndən bu işi araşdırmaq üçün 30 manat pul da aldı. Əmanətimi onlara etibar etmişəm. Əmanətim yoxa çıxıb, deirlər pul ver araşdıraq. Heç bəyənmədim bu xidməti. Güvənim də itdi bu banka”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar