“Rabitəbank”ın xidmət keyfiyyətindən ciddi narazılığımı bildirmək istəyirəm. Qaynar xətt 17:00-a qədər fasiləsiz xidmət vəd edir, lakin filiala gedəndə kassir obyekti bağlayıb yemək fasiləsinə gedir. Yemək fasiləsi də 14:00-da başlayırmış.
Tribuninfo.az xəbər verir ki, bu barədə bank müştərisi Murad İsayev yazıb. O bildirib ki, bu bankda müştərilərin vaxtına və ehtiyaclarına hörmət edilmir:
“Bankın qaynar xəttinin filialda baş verənlərdən də xəbəri yoxdur. Ümumiyyətlə, filial müdiri də heç maraqlanmır ki, müştəri nədən narazıdır. Fikrimcə, bank öz xidmət standartlarını təkmilləşdirməli və müştəri məmnuniyyətini prioritetləşdirməlidir”.
Qarşı tərəfi dinləməyə hazırıq
Nigar