“Rabitəbank”ın depozit öhdəlikləri xeyli azalıb: Əmanətçilər banka etibar etmirlər?

“Rabitəbank”ın depozit öhdəlikləri xeyli azalıb: Əmanətçilər banka etibar etmirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitəbank” 2024-cü ilin ilk 6 ayı üzər hesabatını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, rəsmi açıqlamada bankın 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin yanvar-iyun dövründə kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 44 milyon 282 min manat və ya 6,1% artaraq 765 milyon 441 manata yüksəlib.
O cümlədən, “Rabitəbank”ın istehlak kreditləri portfeli 21 milyon 811 min manat artaraq 261 milyon 445 min manata, biznes kreditləri portfeli 13 milyon 234 min manat artaraq 358 milyon 639 min manata, ipoteka kreditləri portfeli 9 milyon 237 min manat artaraq 145 milyon 357 min manata çatıb.
Amma bankın axsadığı bir sıra kateqoriyalar da var. Tribunainfo.az-ın apardığı müqayisə zamanı məlum olub ki, “Rabitəbank”ın sözügedən hesabat dövründə banklar və digər maliyyə institutlarına verdiyi kreditlər fonunda 57 milyon manat azalıb. Belə ki, 2023-cü ilin sonunda bu rəqəm 136 milyon manat təşkil edirdisə, bu ilin ilk 6 ayında 79 milyon manata enib.
Ekspertlər bildirir ki, buna səbəb bankın kredit siyasətini düzgün qura bilməməsi və yüksək faiz dərəcələri tətbiq etməsidir.
Lakin “Rabitəbank” daha iki kateqoriya üzrə də xeyli geriləyib. Məsələn, “Digər aktivlər” kateqoriyası üzrə hesabat üzrə keçən ilin müvafiq dövründə aktivlər 66 milyon manat olubsa, hazırda bu rəqəm 23 milyon manat azalaraq, 43 milyon manata enib.
Digər axsayan yeri isə əmanətçilərə verilən depozitlər üzrə öhdəliklərin yerinə yetirilə bilməməsidir. Belə ki, “Rabitəbank” depozitlər üzrə ötən il bank öhdəliyi 754 milyon manat təşkil etsə də, bu il həmin rəqəm 697 milyon manata düşüb.
Ekspertlər bildirir ki, bunun bir neçə səbəbi var. Onlardan biri də əhalinin bu banka güvəninin azalmasıdır. Onlar hesab edirlər ki, depozitlər üzrə öhdəliklərin azalması əmanətçilərin “Rabitəbank”a etibar etməməsi, pullarını həmin banka əmanət kimi yerləşdirməkdən çəkinməsi və ya güvənsizlikdən geri çəkməsi ilə bağlı ola bilər.
Xatırladaq ki, “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyevdir. Nuriyev 1993-cü ildə “Rabitəbank” ASC-nın İdarə Heyətinin Sədri olsa da, bu postda 1998-ci ilə kimi qalıb. Həmin ildən hal-hazıradək Bankın Müşahidə Şurasının Sədri vəzifəsini tutur. Bankın aydınlıq gətirməsi maraqlı olardı.