“RABİTƏBANK”DAN PUL ÇIXARANDA DİQQƏTLİ OLUN! ŞİKAYƏT VAR…backend

“RABİTƏBANK”DAN PUL ÇIXARANDA DİQQƏTLİ OLUN! ŞİKAYƏT VAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitabank”dan nağdlaşdırma edərkən bir neçə dəfə düşünün. Təsəvvür edin, 28 Mall-dakı “Rabitabank” kartımdan “Rabitabank”ın öz terminalından şəxsi vəsaitimi nağdlaşdırarkən təxmini 22 manata yaxın komissiya tutdular.

Tribunainfo.az yazır ki, bu problemlə vətəndaş İsa Turan üzləşib. Sosial şəbəkədə problemini işıqlandıran İ.Turan bildirib ki, limitlərin idarə olunması pəncərəsindəki məlumatın tam və aydın olmaması səbəbindən bu anlaşılmazlığı yaşayıb:

“Heç bir halda şöbə və filial yazısı olmadığı halda mənasını çoxunun bilmədiyi pos nağdlaşdırma kimi terminlardan istifadə edərək sizin də şəxsi vəsaitinizi mənimsəyə bilərlər.
Bank müştərisinə, özünün və digər banklara məxsus bankomatlardan birlikdə, aylıq olaraq karta yatırdığınız şəxsi vəsaitinizin miqdarından asılı olmayaraq yalnız 1000 manatını komissiyasız nağdlaşdırmanıza imkan verir, bu sadəcə biabırçılıqdır”.