“Rabitəbank” bankamatları müştərilərə köhnə, zədəli, üstü yazılmış pullar verir.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bank müştərisi Sənan Hadıyev (ad şərtidir) yazıb. O bildirib ki, sonuncu dəfə aldığı pulun üstündə qələm ilə yazılı olub:
““Rabitabank” İran səfirliyi ilə üzbəüz olan atm-dən dollar nağdlaşdırma etdim. Köhnə, üstü qələm ilə yazılı dollarlar verdi. Hətta baxıram ki, 1998-ci ilin dolları da var idi arasında. Başqa bankın aparatı pulu götürmədi. Bəlkə də bunu başqa yerdə dəyişsəm, xırdalasam problem yaradacaqlar.
Dəfələrlə kassada da dəyişəndə hər 500 dolların arasında 100 dollar belə köhnə verilir. Müdaxilə edirdim kassada. Atm-dən çıxaranda geri qaytarmaq da olmur”.
Bankın digər müştərisi Rəşad Bayramov isə bildirib ki, “Rabitəbank”ın atm-lərindən hər cür pulo çıxır:
“Bir dəfə yanğından çıxmış əskinas vermişdilər. Kənarları tamam yanmışdı”.