“RABİTƏBANK” 7 NƏFƏRLİK AİLƏNİ EVİNDƏN KÜÇƏYƏ ATIR…

“RABİTƏBANK” 7 NƏFƏRLİK AİLƏNİ EVİNDƏN KÜÇƏYƏ ATIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aztəminatlı ailələrə ərzaq yardımı göstərməklə özünü reklam edən “Rabitəbank” digər tərəfdən də kredit borcu yaranmış 7 nəfərlik ailəni evindən çıxararaq küçəyə atmağa çalışır.

Tribunainfo.az xəbər verir ki, “Rabitəbank” bunun üçün məhkəmədə ailəyə qarşı iddia qaldırıb. Bank Bağırova Xatirə, Bağırlı Nazim, Bağırova Xatirə Abduləhəd qızı, Bağırlı Subuxanım, Bağırov Rəhman, Bağırov Bəhman və Quliyev Zakiri evindən çıxarır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, ipoteka müqaviləsi üzrə mübahisələr, ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir. Bank bir ailənin bütün üzvünü mənzilindən küçəyə atmağa çalışır.
İşə hakim Məlahət Abbasovanın sədrliyi ilə baxılır. Tərəflər arasında indiyə qədər 4 məhkəmə iclası baş tutub. Növbəti proses 22 iyun tarixinə təyin edilib.