Qvineya-Bisau prezidenti Bakıya gəldi (FOTO)

Qvineya-Bisau prezidenti Bakıya gəldi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.
Tribunainfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.