Ramazan ərəfəsində quzu və mal ətinin qiymətinin bahalaşdığı barədə məlumatlar yayılıb. Qeyd olunub ki, quzu əti 25 manat olub.
Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, ölkəmizdə ətin qiymətinin qalxmasının bir çox səbəbləri var. İlkin səbəb odur ki, yerli istehsal əhalinin tələbatının 70-75 %-ni qarşılayır, qalan qismini müxtəlif ölkələrdən idxal edirik.
“Bununla yanaşı bazarda qıtlıq var. Qiymət artımına səbəb təkcə tələbin təklifi üstələməsi deyil, məhsululun ərsəyə gəlməsinədək olan xərclər də var. Örüş sahələrinin azlığı, yonca yeminin baha olması və s. kimi səbəblər də var. Bölgələrdə kəndli örüş sahələrinin zəbt edilməsindən, suvarmanın olmamasından şikayətlənir. Bundan əlavə 3 manata olan yonca presi 8 manata təklif olunur bazarda. Bu kimi faktorlar əlbəttə ki, qiymət artımına təşviq edir. Ət məhsullarının da qiymətində artım gözləniləndir. Növbəti ayın sonlarına doğru. Bu artımların uzun müddətli olacağını deyə bilmərik əlbəttə. Qarabağ işğaldan azad edilib, artıq müəyyən qədər köç olub, torpaqların minadan təmizlənməsi prosesi davam edir. Bu kimi faktorlar qiymətlərin tarazlanmasında rol oynayacaq”.
Dəniz