Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Xirosima və Naqasakinin atom bombalarının ildönümündə nüvə silahlarının açıq-aşkar təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, nüvə silahlarının və ondan istifadə təhlükəsinin təkcə tarix kitabları ilə məhdudlaşmadığını qeyd edən Quterreş bu silahların beynəlxalq münasibətlərin gündəmində bir daha öz yerini tutduğunu bildirib.
Quterreş xəbərdarlıq edib ki, nüvə silahı açıq təhlükə yaradır və onlardan istifadə fəlakətli nəticələrə səbəb olacaq.
Bəzi ölkələrin xəbərdarlıqlara baxmayaraq nüvə silahından istifadə ilə təhdidlərini davam etdirdiyinə diqqət çəkən Quterreş, beynəlxalq ictimaiyyətin bu qəbuledilməz davranışı qınamalı olduğunu vurğuladı.