BMT-nin baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına təcili humanitar yardım göstərməyə çağırıb.
Tribunainfo.az xəbər verir ki, o, HƏMAS-a da müraciət edib ki, hərəkat nümayəndələri ilkin şərt olmadan girovları azad etsinlər. Bu barədə “The Times of Israel” yazır.
Quterreşin Həmas və İsrailə mesajında deyilir:
“Girovlar heç bir şərt qoyulmadan dərhal azad edilməlidir.
İsrail humanitar yardımların çatdırılması, eləcə də Qəzza zolağında humanitar işçilər üçün sürətli və maneəsiz çıxışı təmin etməlidir”.