Quterreş dünyanı gözləyən təhlükə barədə xəbərdarlıq etdi

Quterreş dünyanı gözləyən təhlükə barədə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş qlobal istiləşmənin artdığını bildirib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, “Həqiqətlə üz-üzə gəlməyin vaxtıdır”. Quterreş, “İqlim məsələsində həm təhlükə, həm də həll yolu bizik” deyib.

“Ümumdünya Ətraf Mühit Günü” münasibəti ilə Quterreş Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində “İqlim haqqında həqiqətlə üz-üzə gəlməyin vaxtıdır” adlı çıxış edib.

Planetin insanlara mesaj verməyə çalışdığını, lakin mesajın eşidilmədiyini və qlobal istiləşmənin artdığını ifadə edən Quterreş, “qlobal istiləşmə həddini 1,5 dərəcədə saxlamaq üçün qlobal emissiyaların hər il 9 faiz azaldılması lazım olduğunu vurğuladı”.

Quterreş, “Planetlə rus ruleti oynayırıq. İqlim cəhənnəmindən çıxmalıyıq və sükanı idarə etməliyik” deyib.