Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib.
Qeyd edək ki, H.Abdullayev bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib./Qafqazinfo