Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanov qusarlılara müraciət edib. O, seçki günü fəal olmağa, məntəqələrə gedib səs verməyə hər bir seçicinin dəvət edib.
Tribunainfo.az deputatlığa namizəd, ehtiyatda olan polkovnik Rəşad Aslanovun müraciətini təqdim edir.
Əziz qusarlılar! Hörmətli bacılar və qardaşlar!
Təbliğat-təşviqat kampaniyamız yekunlaşsada bizim görüşlərimiz və gələcəkdə görüləcək işlərimiz bitməyib. Söz verdiyim kimi, Qusarımızı qarış-qarış gəzərək sizlərin qonağı oldum. Bu müddət ərzində kəndlərdə Sizlərlə görüşdüm, el ağsaqqallarıdan xeyr-dua eşitdim, gənclərimizdən dəstək gördüm, analarımızdan qayğı duydum. Hər birinizə bu doğma münasibətə görə təşəkkür edirəm!
Rayonda və kəndlərdə olan çatışmamazlıqların qeydiyatını apardım, monitorinq etdim. Sizlərin muraciətlərinə həssaslıqla yanaşaraq öz qayğılarım kimi qəbul edib gələcəkdə görüləcək işlərə Sizlərlə birgə nail olacağına əminəm. Bu məsələlərin həll üçün doğma Qusarımız üçün çalışacağıma bir addım qalıb. Mifləri və stereotipləri gəlin birlikdə aşaq. Səsvermədə iştirak edin ki,şəffaf qutadan qalib Siz çıxın! Seçkilərdə fəal iştirak edək, hər birimiz seçki məntəqəsinə gedərək Qusarımızın inkışafı üçün doğma vətənimizin üçün səs verək. Yeni qanunların qəbul olunması, müasir lahiyələrin hazırlanıb işlənməsi zamanın tələbinə uygun dövlətimizə-sədaqətlə,xalqımıza-şərəflə xidmətə davam etmək üçün səs verin!
Əziz qusarlılar!
Hər biriniz məni daha yaxından tanıdız mən Sizlərdən biri olaraq hərbçi olduğum üçün daim vətənimizin keşiyində dayanmışam, və yorulmadan, usanmadan bu amalla Azərbaycanımıza xidmətə davam edəcəm. Mən Qusarda Sizinlə birgə yaşayıb xidmətə davam edəcəyəm! Hörmətli seçicilər hər kəsin səsi həlledicidir, odur ki, 1 sentyabrda məntəqələrə gedib mənə Rəşad Aslanova səs verin ki Sizdə qalib olasız!
DÖVLƏTİMİZƏ-sədaqətlə, XALQIMIZA-şərəflə xidmət edək!
Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.