61 saylı Qusar seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanov sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasına start verib.
Tribunainfo.az -a Rəşad Aslanovun gərargahından verilən məlumata görə, kampaniyanın ilk günü Qusardan iddialı namizəd Rəşad Aslanov Ümummilli Lider Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanın ziyarət edərək farağat duruşunda öz ehtiramını bildirib. Döyüş yoldaşlarını, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman qardaşlarının əziz xatirəsini yad edib.
Təbliğatın ilk günündə Rəşad Aslanov Qusar rayonu Xürəl kəndində görüş keçirib. Qalib ölkəmizin ehtiyatda olan polkovniki olaraq kənd sakinləri onu rəğbətlə qarşılayıblar.
Görüş zamanı səmimi söhbəti olub. Rəşad Aslanova doğma münasibət bəsləyən seçicilər seçkilərdə ona qələbə qazanması üçün səs verəcəklərini bildiriblər. Rəşad Aslanov Dövlətimizə-sədaqətlə, Xalqımıza şərərflə xidmət edəcəyini diqqətə çatdırıb. O bildirib ki, əziz,doğma qusarlılar onu seçkilərdə qalib edəcəyinə inanır.
Gərərgahdan bildirblər ki, görüşlər davam etdirilərək.