Qusardan namizəd: Narkomaniyaya qarşı ciddi mübarizə aparacağam-Fotolar-Videobackend

Qusardan namizəd: Narkomaniyaya qarşı ciddi mübarizə aparacağam-Fotolar-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi 61 saylı Qusar seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanov sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasına davam etdirir

Tribunainfo.az -a deputatlığa namizəd Rəşad Aslanovun gərargahından verilən məlumata görə,Qusardan iddialı namizəd Rəşad Aslanovun  seçicilərlə növbəti görüşü keçirilib.

Qusar rayonu Köhnə Xudat və Əvəcük kəndlərində Rəşad Aslanov seçicilər öz platformasını açıqlayıb.  O, bildirib ki, mən sizlərdən biri olaraq el ağsaqqalarının tövsiyyəsi,doğma Qusarın gənclərinin dəstəyi ilə namizədliyimi irəli sürmüşəm. Sizin mənə səmimi münasibətiniz qələbə qazanacağımızı inamımızı daha da artırır. Səmimi ortamda keçən görüşdə kənd sakinləri öz qayğılarında problemlərindən danışıblar. Rəşad Aslanov müraciətlərin qeydiyyatını apararaq aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.  Rəşad Aslanov çıxışı zamanı qeyd edib ki,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənlərimizi torpaqlarımızdan qovduq suverenliyimiz bərpa etdik “Böyük qayıdış” nəticəsində həmvətənlilərimiz doğma evlərinə qayıdır.  Bizlərdə indi ölkəmizi inkişafına töhfə verməliyik, Qusarımızı daha da inkişaf etdirməliyik bu hər birimizin borcudur.

Qalib ölkəmizin ehtiyatda olan polkovniki olaraq mən gənclərimizə  öz tövsiyələrimi  əsirgəməyəcəyəm, dünyanı  cənginə alan narkamaniya bəlasına qarşı ciddi mübarizə aparacağam, bu mənim əsas strategiyayımın bir hissəsi olacaq. Yeni təkliflərimlə narkomaniyaya yox deyiləcək. Gəncləri idmana və peşakar mütətəssis kimi yetişmələrində öz dəstəyimi əsirgəməyəcəyəm.

Rəşad Aslanova doğma münasibət bəsləyən kənd sakinləri seçkilərdə ona qələbə qazanması üçün səs verəcəklərini bildiriblər.  Rəşad Aslanov çıxışı zamanı 1 sentyabr 2024-cü ildə ölkəmizin gələcəyi üçün növbədənkənar parlament seçkilərində iştirak üçün seçicilərə çağırış edib. Dövlətimizə-sədaqətlə, Xalqımıza şərərflə xidmət edəcəyini diqqətə çatdırıb.  O bildirib ki, əziz,doğma qusarlılar onu seçkilərdə qalib edəcəyinə inanır.

Gərərgahdan bildirblər ki, görüşlər davam etdirilərək.