XALQ.AZ Qusardan deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanovun tərcümeyi-halın təqdim edir
Rəşad Əmirbəy oğlu Aslanov 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub.
Qusar şəhər 6 saylı orta məktəbinə daxil olub və sonradan təhsilini Bakı Türk Liseyində davam etdirib. 1997-ci ildə yüksək bal toplayaraq Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub. Təhsil aldığı müddətdə fərqləndiyinə görə, Heydər Əliyev adına Prezident təqaüdü,əlaçı döş nişanı, və çoxsaylı fəxri
fərman və mükafatlara layiq görülüb. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbini əlaçı bitirərək Ümummilli Lider Heydər Əliyev tərəfindən ona Qırmızı diplom təqdim edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında 2016-cı ildə magistr təhsilini alıb.
2002-ci ildə təyinatla Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.
2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib.
2020-ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib.
Xidmət etdiyi müddətdə 10, 90, 95 və 100 illik “Yubiley”, “Şücayətə görə”, “Qüsursuz xidmətlərə görə” 1, 2, 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə, Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir.
Vətən Müharibəsində yaralandığına və səhhəti xidmət etməyinə imkan vermədiyinə görə 2023-cü ilin mart ayında Ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.