Qusarda riyaziyyat müəlliminin qeyri-adi bacarığı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar sakini qeyri-adi sənətlə məşğul olur.
 Qusar sakini qeyri-adi sənətlə məşğul olur.

ARB TV xəbər verir ki, ixtisasca riyaziyyat müəllimi olan Nurulla Davidov 30 ilə yaxındır ki, taxta üzərində yandırma üsulu ilə əl işləri hazırlayır.

Nurulla Davidov: “İlk öncə kağız üzərində çəkirdim. Sonra qərara gəldim ki, taxta üzərində çəkim. Hamar, düz və təmiz taxtalar seçib işə başladım. Onların üzərində karandaşla şəkillər çəkdim. Çalışdım ki, işlərimdə qədim adət-ənənələrimizə və rayonumuza aid əsərlərə üstünlük vermişəm. Bəzi əsələrimi də hədiyyə mağazalarına qoymuşam”.

O, bir nümunəni hazırlamaq üçün 10-15 gün vaxt sərf edir. Nurulla Davidov regionlarda və Bakıda müxtəlif sərgilərdə iştirak edib. Hazırladığı işləri 20-80 manat arasılığında satır. O, kənd məktəbində xüsusi dərnək açıb. Onun istəyi sənətinin incəliklərini gənclərə öyrətmə, sənətini genişləndirib öz mağazasını açmaqdır.